“Barcelona”nın rəsmi kampı Bakıda fəaliyyətə başladı

ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, “İnter Arena” stadionunda keçirilən açılış mərasimində Barselona Futbol Klubu Akademiyasının əlaqələndiricisi Fredi Martin çıxış edərək kamp haqqında məlumat verib. Bildirib ki, kamp Bakının “İnter” futbol klubunun nəzdində fəaliyyət göstərəcək. Fiziki hazırlığından asılı olmayaraq, 6-16 yaşlarında istənilən uşaq kampda iştirak edə bilər.Tədbirdə bu layihənin Azərbaycanda futbolun inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.ANN.Az
























