Millimizin futbolçusu özünə Türkiyədə komanda tapdı

Millimizin futbolçusu Üfiq Budaq özünə yeni komanda tapıb.
Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı Almaniya doğumlu futbolçu Türkiyənin "Boluspor” klubu ilə anlaşıb.
Ötən mövsümün sonunda "Samsunspor”la yollarını ayıran sol cinah müdafiəçisinin keçidi Bolu təmsilçisinə havayı başa gəlib. O, I divizion klubu ilə bir illik müqavilə imzalayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























