Mançini rəsmən "İnter"də

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "İnter"in yeni baş məşqçisi rəsmən müəyyənləşib.Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Valter Matsarini bu gün istefaya göndərən klub rəhbərliyi boş qalmış məşqçi vəzifəsinə Roberto Mançini gətirib. Təcrübəli mütəxəssislə imzalanma mərasiminin sabah gerçəkləşəcəyi bildirilib. Beləliklə, "İnter"i dekabrın əvvəlində Bakıda “Qarabağ”la oyuna məhz Mançini çıxaracaq.Qeyd edək ki, R.Mançini 2004-2008-ci illərdə "İnter"i çalışdırıb və komandaya üç çempionluq kuboku qazandırıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























