Azərbaycan futbolunda ilk: "Qarabağ" Play Stationda - FOTOLAR

"Qarabağ" klubu Azərbaycan futbol tarixində daha bir ilkə imza atıb.
ANN.Az Qol.Az-a istinadən verdiyi məlumata görə, Azərbaycanın idman şərəfini Avropada layiqincə təmsil edən "Qarabağ" dünyaca məşhur "Konami" şirkətinin diqqətini cəlb edib."Konami" şirkəti hər il olduğu kimi bu il də öz məhsulu olan Pro Evolution Soccer 2015 (PES) oyununa bir neçə yeni klub daxil edib. Həmin klublardan biri də "Qarabağ"dır. Klubla rəsmi şəkildə əməkdaşlıq edən şirkət dünən PES 2015 adlı futbol oyununu istifadəyə verib. Hər kəs bu oyunda "Qarabağ"ı seçməklə futboldan zövq ala bilər.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























