Fatih Terim: "Məğlubiyyət bizə dərs olmalıdır"

"Çox yaxşı komandaya qarşı oynadıq. Keçirdikləri son 5 yoldaşlıq oyununda qol buraxmayıblar. Rəqib daha çox qol vura bilərdi, ancaq bizim də iki epizodda fərqlənmək imkanımız oldu".ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim Braziliya ilə yoldaşlıq görüşündən sonra keçirilən mətbuat konfransında deyib.Təcrübəli mütəxəssis bu məğlubiyyətin onlar üçün bir dərs olacağını bildirib: "Bu məğlubiyyət bizə dərs olmalıdır. Çox nadir hallarda komandada aciz vəziyyətdə qalmışam. Mən də daxil olmaqla Türkiyədə hər kəs həqiqətlərlə üzləşməlidir. Beynəlxalq arenada uğur qazanmaq üçün bir sıra layihələr təşkil olunmalıdır".Azarkeşlərin futbolçularını fitə basmasına da münasibət bildirən Terim bu haqda belə deyib: "Burada daha önəmli məsələ var. Bu futbolçular bizim övladlarımızdır. Bacardıqlarını etdilər. Beş dəfə dünya çempionu olmuş bir komandaya qarşı oynadıq. Braziliyada Neymar, Villian, hər kəs alqışlanmalıdır. Bizim futbolçular da. Onlar pis oynaya bilərlər. Matçın 19-cu dəqiqəsində qol buraxan kimi fitə basmalar, alqışlamalar başladı. Oyunun 15-ci dəqiqəsində federasiya prezidentinə etirazlar edildi. Mən Qazaxıstanla seçmə mərhələ oyunundan sonra Argentina ilə də qarşılaşmağımızı istəyirəm. Azarkeşlər Messini də izləsinlər".ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























