Dünya Kuboku Qətərdən alınmayacaq - AÇIQLAMA

Qətər dövləti 2022-ci ildə ev sahibliyi etməsi planlaşdırılan FİFA Dünya Kubokunun qışda oynanılmasına normal baxır.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Qətər Təşkilat Komitəsinin rəsmisi Həsən əl Təvadi rüşvətxorluq və korrupsiya araşdırmalarına görə Dünya Kubokuna ev sahibliyinin başqa bir ölkəyə verilə biləcəyi istiqamətində yer alan iddiaların əsassız olduğunu vurğulayıb:"Belə bir hal olarsa, qitə miqyasında problem yaranar. Bu Yaxın Şərqdə təşkil edilən ilk Ərəb Dünya Kuboku olacaq və bölgənin futbola həvəsini göstərmək üçün çox önəmli bir fürsətdir".Təvadi Qətərdə noyabr ayından havaların soyumağa başladığını bildirərək turnirin bu zaman biçimində gerçəkləşdirilməsinin doğru bir seçim olacağına inandığını söyləyib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























