• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Qurbanov : "Onlar ölkəmizə yuxarıdan aşağı baxırlar"

Qurban Qurbanov : "Onlar ölkəmizə yuxarıdan aşağı baxırlar"
12.11.2014 15:18
"Əgər o əvvəlki xasiyyətinə qayıtsa, klubun qayda-qanununa zidd hərəkətlər etsə..."

"Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov ANS telekanalında yayımlanan "Əslində mən” verilişinə qonaq olub. Məşqçi verilişdə Reynaldo barədə maraqlı açıqlamalar verib.

Qurbanov ik öncə legionerlərdən danışıb: "Legionerlərlə işləmək asan olduğu qədər, bir o qədər də çətindir. Baxmayaraq ki, futbolun dili birdir. Mənim üçün daha önəmli olan oların həm idmançı, həm də insanlıq xarakteridi. Onlar ölkəmizə yuxarıdan aşağı, futbolumuza isə inkişaf etməmiş oyun növü kimi baxırlar. Buna görə çalışırıq onlara ilk növbətə bizim mentalitet və qayda-qanunlarımızı başa salaq, onların bura uyğunlaşmasına yardımçı olaq”.Gənc mütəxəssis daha sonra Reynaldo barədə fikirlərini bildirib: "Reynaldo "Anderlext”ə keçəndə 18 yaşı vardı və gələcəyi çox perspektiv vəd edirdi. Lakin sonradan o gözlənilən nəticəni vermədi. Bildiyim qədər buna onun şəxsi həyatı ilə bağlı, futboldan kənar problemləri səbəb olub. Bir o qədər də yaxşı həyat yaşamırdı. Belə həyat tərzi olan idmançı da hər zaman geridə qalır. Onun bu xarakterinə görə klubu onu daha az qiymətə buraxmağa razı idi. Reynaldonu komandaya dəvət edəndə o artıq zədəli idi və 5 ay idi ki futbol oynamırdı. Fizioterapevtimiz onun tez bir zamanda sağala biləcəyini bildirdi. Bircə qalırdı onun xarakteri ki, bunu da onun menecerlərindən maraqlandıq, xarakterində hansı problem olduğunu müəyyənləşdirdik və qərara aldıq ki, ona şans verək. Zamanla onunla söhbət etdik, dil tapdıq və bu gün düşünürəm ki, komandamıza faydası var. Ancaq Reynadonun belə xarakterdə olması məni narahat edir. Çünki bu cür insanlar nə vaxtsa yenə öz xarakterlərinə qayıdırlar. Bizim onunla 4,5 illik müqaviləmiz var. Əgər o əvvəlki xasiyyətinə qayıtsa, klubun qayda-qanununa zidd hərəkətlər etsə, o zaman onu pul cəzası gözləyəcək. Karyerasına ciddi zərbə vurmuş olacaq. Həmçinin mən də bir məşqçi kimi ona qarşı öz prinsiplərimi ortaya qoyacam. Bu barədə onun özü ilə dəfələrlə danışmışıq və o özü də bunu anlayır” //sportnet.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol