"Qarabağ"ın qolu ilk beşlikdə - VİDEO

Rusiyanın məşhur sports.ru saytı ötən həftə keçirilən Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun ən yaxşı beş qolunu müəyyənləşdirib.
ANN.Az Qol.Az-a istinadən verdiyi xəbərinə görə, ilk beşlikdə “Qarabağ”ın futbolçusu Leroy Corc da yer alıb. Onun Bakıda “Dnepr”in qapısına vurduğu qolu ruslar ən yaxşı üçüncü qol kimi dəyərləndiriblər, Siyahıda birinci yeri isə “Sevilya” – “Standard” matçında meydan sahiblərinin gözəl kombinasiyadan vurduğu qol tutub. “Volsfburq” “Krasnodar” matçında Vandersonun (“Krasnodar”) vurduğu qol ikinci olub.Üçüncü yeri qeyd etdiyimiz kimi, Leroy Corc, dördüncü yeri “Sürix” – “Vilyareal” matçında “Sürix”in gözəl kombinasiyadan vurduğu qol, nəhayət, beşinci yeri isə “Napoli” – “Yanq Boyz” matçında de Quzmanın (“Napoli”) aşırma zərbəylə vurduğu qol tutub.Leroy Corcun “Dnepr”ə vurduğu qol
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























