Ronaldo:"Karyeramın pik nöqtəsindəyəm"

"Həyatta ən sevdiyim şey futbol oynamaq və bacardığımın ən yaxşısını etməkdir. Mükafatlar qazanmaqdan heç vaxt yorulmayacam".ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, bu sözləri "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo deyib.
Ötən mövsüm İspaniya La Liqasının "ən məhsuldar futbolçusu" mükafatına layiq görülən portuqaliyalı futbolçu bundan sonra da öyrənməyə davam edəcəyini bildirib: "Bəlkə də, hazırda karyeramın pik nöqtəsindəyəm. Hər mövsüm ən yaxşı olmağa çalışıram. Gün gələcək bunu edə bilməyəcəm, ancaq zirvəyə yüksəlməyə çalışacam. Bu mövsüm ötürmələrim və vurduğum qollarla komanda kömək edirəm. Komanda olaraq da yaxşı səviyyədəyik. Öyrənməyə davam etmək istəyirəm".
ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























