Qurban Qurbanovdan "mükəmməl cavab" - VİDEO

Avropa Liqasının 4-cü turu çərçivəsində keçirilən “Qarabağ” – “Dnepr” matçından sonra baş tutan mətbuat konfransında maraqlı anlar yaşandığı barədə xəbər verilmişdi.
ANN.Az Sportpress.az-a istinadən verdiyi məlumata görə, ukraynalı jurnalist “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova Rusiyada legioner həyatı yaşadığını yada salaraq, ondan mətbuat konfransında rus dilində danışmamasının səbəbini soruşub.
Qurban Qurbanovun cavabı belə olub: “Mətbuat konfransında azərbaycanca danışırıq və tərcüməçimiz də ruscaya çevirir. Mənim rusca danışmağımı istəyirsinizsə, bu tədbirdən sonra sizə vaxt ayıra bilərəm”. ”
Qurbanovun bu sözləri zalda alqışlarla qarşılanıb.
























