"Messinin "Qızıl top"u qazanmayacağına əminəm" - Ançelotti

"Real"ın baş məşqçisi Karlo Ançelotti "Qızıl top" mükafatı haqda fikirlərini bildirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, "Barselona"nın futbolçusu Lionel Messinin bu mükafata layiq görülməyəcəyinə əmin olduğunu deyib:
"Kriştiano Ronaldo bu mükafatı almağa layiqdir. Almaniya millisinin futolçularından biri də dünya çempionatının kubokunu qazandıqları üçün "Qızıl top"a layiq görülə bilər. Dünyanın ən yaxşı futbolçusu adına başqa namizədim yoxdur".
ANN.Az
























