“Dnepr” baş məşqçisinə görə cərimələndi

Ukrayna Futbol Federasiyasının İntizam Komitəsi "Dnepr"in baş məşqçisi Miron Markeviçi cərimələyib.
Qol.Az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, buna təcrübəli mütəxəssisin ölkə çempionatında "Dinamo"ya (Kiyev) qarşı matçdan sonra rəqib komandanın çalışdırıcısı Sergey Rebrovun əlini sıxmaması səbəb olub. "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Dnepr" Markeviçin bu hərəkətinə görə 5 min qrivna (300 dollar) məbləğində cərimə ödəyəcək.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























