"Qalib gəlməsək, istefa verəcəm" - Hiddink

Hollandiya millisinin "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacağı Latviya ilə oyun "narıncılar"ın baş məşqçisi Quus Hiddink üçün son matç ola bilər.Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 67 yaşlı mütəxəssis bu gün keçirdiyi mətbuat konfransında qarşıdakı görüşdə qələbə qazanmayacaqları təqdirdə istefa verəcəyini açıqlayıb."Latviyaya qalib gəlməsək, istefa verəcəm" - deyə Hiddink bildirib.Qeyd edək ki, Hiddinkin rəhbərlik etdiyi Hollandiya yığması "Avro-2016"nın seçmə mərhələsində keçirdiyi 3 oyundan sonra 3 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.ANN.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























