• $
  • €
  • ₽
  • ₺
  • £

"Psixoloji cəhətdən əziyyət çəkirik" - Rəşad Sadıqov

"Psixoloji cəhətdən əziyyət çəkirik" - Rəşad Sadıqov
07.11.2014 11:39
"Çətin və ağır oyun oldu. Belə olacağını bilirdik. Təəssüf ki, məğlub olduq. Sərfəli nəticə qazanmağa çalışdıq. Lakin ikinci qoldan sonra məğlubiyyətlə barışdıq". Bu sözləri Qol.Az-a açıqlamasında "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsində məğlub olduqları "Dnepr"lə görüşdən (1:2) sonra deyib. Təcrübəli futbolçu komandasının psixoloji cəhətdən əziyyət çəkdiyini bildirib: "Səhvlərimiz oldu. Rəqib bundan istifadə edərək iki qol vurdu. Halbuki onlara yaxın oynayırdıq. Qarşıda "Sent-Etyen"lə oyunumuz var.  Lakin hər kəs tələsir. Oyunçuları çox tərifləyirlər, havaya salırlar. Futbolçuları şişirdirlər. Sonra da psixoloji cəhətdən əziyyət çəkirik. Qrupda güclü komandalarla oynayırıq. Hazırki duruma düzgün yanaşmalıyıq. təbii ki, biz də pley-off-da oynamaq istəyərik. Ancaq tələsmək lazım deyil. Səbr etməliyik. Hər hansı futbolçunu fərqləndirmək istəməzdim. Komanda şəklində oynamaq istədik. Şansımız var idi. İlk hissədə yaxşı oynadıq. Ancaq ikinci hissədə rəqib irəli atıldı. Heç-heçə onları qane etmirdi. Biz əks hücumlardan istifadə etməli idik. Lakin istədiyimiz hücumlar qura bilmədik. Çumbinyonun olmamasına gəlincə, onun yeri görünürdü. Başqa oyunçu olsaydı, onu əvəz etmək olardı, amma ikinci pleymeykerin olmaması səbəbindən çətinlik çəkirik".R.Sadıqov oyunun hakim idarəçiliyi haqda bunları bildirib: "Hakim oyunu pis idarə etmədi. Ola bilər ki, hansısa epizodda səhv yol versin. İlk hissədə Reynaldoya qarşı edilən edilən qayda pozuntusunu görmədim. Ona görə bu barədə danışmağım düzgün çıxmaz".ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol