• $
  • €
  • ₽
  • ₺
  • £

Çempionlar Liqası - NƏTİCƏLƏR

Çempionlar Liqası - NƏTİCƏLƏR
06.11.2014 09:08

Çempionlar Liqasında qrup mərhələsinin II dövrəsinin növbəti oyunları keçirilib.

ANN.Az Apasport.az-a istinadən verdiyi məlumatına görə, IV turun qarşılaşmaları çərçivəsində ötən gün azarkeşlər 8 qarşılaşma izləyiblər.E qrupunda lider “Bavariya” “Alyans Arena”da “Roma”nı sınağa çəkib. Bu görüşdə növbəti mərhələyə keçmək üçün “canavarlar” Almaniyadan xalla qayıtmaq niyyətində idi. Lakin Münhen klubu rəqibini 2:0 hesabı ilə məğlub edərək, xalını 12-ə çıxarıb və 1/8 finala vəsiqə qazanıb.Aktivində 2 xalı olan “Mançester Siti” autsayder MOİK-i qəbul edib. Moskvalılar 9 nəfərlə qalan “şəhərlilər”i məğlub etməyi bacarıb – 1:2. PSJ evində APOEL-lə 1:0, “Barselona” səfərdə “Ayaks”ya 2:0 hesabı ilə qalib gəlib. G qrupunun vahid lideri “Çelsi” səfərdə “Maribor”un müqaviməti ilə üzləşib. Hesabda geri düşən London klubu 73-cü dəqiqədə Matiçin qolu sayəsində 1 xal qazanmağı bacarıb. “Sportinq” doğma publika önündə “Şalke” ilə üz-üzə gəlib. Lisaabonda keçən qarşılaşmada qapılara 6 qol vurulub və meydan sahibləri qələbəyə seviniblər – 4:2 “Porto” “Atletik”dən (2:0), “Şaxtyor” BATE-dən (5:0) güclü olub. Bununla da İspaniya təmsilçisi 1/8 finala çıxma şansını itirib. Çempionlar LiqasıIV tur E qrupu“Bavariya” – “Roma”  - 2:0Qollar: Riberi, 38, Qötse, 64“Mançester Siti” - MOİK - 1:2Qollar: Ture, 8 - Doumbia, 2; 34F qrupuPSJ – APOEL - 1:0Qol: Kavani, 1“Ayaks” – “Barselona” - 0:2Qollar: Messi, 36; 76 G qrupu“Maribor” – “Çelsi” - 1:1Qollar: İbraimi, 50 - Matiç, 73“Sportinq” – “Şalke” - 4:2Qollar: Sarr, 26, Cefferson, 52, Nani, 73, Slimani, 90+1 - Slimani, 17-avtoqol, Aoqo, 88H qrupu"Atletik” – “Porto” - 0:2Qollar: Martines, 56, Brahimi, 73 “Şaxtyor” – BATE - 5:0Qollar: Srna, 19, Aleks, 48, Adriano, 58-pen; 83, 90+3ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol