Federasiyada növbəti dopinq QALMAQALI

Azərbaycan Ağır Atletika Federasiyası növbəti dəfə dopinq qalmaqalı ilə üz-üzə qalıb.
Unikal.org-un məlumatına görə, milli komandanın üzvü Elmar Alıyev dopinqdə "ilişib”.
56 kq çəki dərəcəsində çıxış edən atletin dopinq testinin nəticəsinin müsbət çıxması barədə Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) məlumat yayıb.
Onun cəzası yaxın zamanda məlum olacaq.
Qeyd edək ki, federasiyanın vitse-prezidenti T.Heydərov hansısa idmançıda dopinq çıxsa istefa verəcəyini desə də sonradan bu qərarından daşınmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























