Millimizin eks-qapıçısı “İnter”də mühafizəçi işləyir - FOTO

11-ci turun “Sumqayıt” – “İnter” matçında diqqətimizi çəkən daha bir məqam olub. ANN.Az rekord.az-a istinadən xəbər verir ki, qarşılaşmaya “İnter” öz mühafizəçilərini də gətirib.Daha doğrusu, Beynəlxalq Bankın mühafizəçiləri “İnter”in azarkeşlərini və futbolçularını qorumaq üçün Sumqayıta üz tutub. Mühafizəçilərin arasında bir nəfər isə bizə tanış gəldi və araşdırmamız nəticəsində məlum olub ki, bu, bir vaxtlar Azərbaycanın gənclərdən ibarət yığma komandasının, Sumqayıtın “Xəzər”, İmişlinin “Lokomotiv”, “MKT Araz” klublarının şərəfini qorumuş veteran qapıçı Rəşad Mustafayevdir. Deyilənə görə, sumqayıtlı olan Mustafayevin “İnter”ə mühafizəçi kimi işə düzəlməsinə hazırda bu klubun şərəfini qoruyan qapıçı, elə Rəşadla Sumqayıtda bir məhəllədə qalan Elşən Poladov köməklik edib.ANN.Az 

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























