"Qarabağ"a böyük dəstək

"Dnepr"lə oyuna 15min bilet satılıb
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ"-"Dnepr" oyununa bilet satışı davam edir.ANN.Az ANS PRESS-ə istinadən bildirir ki, oyun üçün artıq 15 min bilet satılıb. Biletlərin yaxın zamanda tamimilə satılıb qurtaracağı gözlənilir.Qeyd edək ki, Bir neçə gün əvvəl satışa çıxarılan biletlərin qiyməti 1-10 manat arasında dəyişirdi. "Qarabağ"-"Dnepr" qarşılaşması isə noyabrın 6-da Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Komandalar arasında ilk matç Kiyevdə baş tutmuşdu. Qarşılaşma Muarem Muaremin vurduğu qolla 1:0 "Qarabağ"ın xeyrinə bitmişdi. ANN.Az
























