• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı tələbə dünya çempionu oldu

Azərbaycanlı tələbə dünya çempionu oldu
04.11.2014 14:11
Azərbaycanlı tələbə dünya çempionu oldu

Azərbaycanlı tələbə kikboksun WTK versiyası üzrə dünya çempionu olub. ANS PRESS-in məlumatına görə, İtaliyanın Marina-de Karra şəhərində keçirilən kikboksun WTK versiyası üzrə vahid dünya çempionatında "Dünya çempionu - 2014" titulunu qazanıb. Ukraynanın yığma komandasının tərkibində çıxış edən Eltac Əliyev O. Qonçar adına Dnepropetrovski Milli Universitetinin tələbəsidir. Həmyerlimiz sözügedən dünya çempionatında 74 kq çəkili kikboksçularla meydançaya çıxıb. Azərbaycanlı tələbə keçirdiyi 5 döyüşün hər birini qələbə ilə başa vurub. Həmyerlimiz 1/4 finalda ingilis və fransız, yarımfinalda isə iki təcrübəli italiyalı kikboksçunu məğlub edərək finala vəsiqə qazanıb. Eltac finalın "loykik" bölməsində Ukraynadan olan idmançı ilə yarışıb və qalib olub. Nəticədə azərbaycanlı tələbə ən yüksək pilləni, birinci yeri qazanıb. Eltac Əliyev boks üzrə idman ustasıdır, beşqat Ukrayna çempionudur. Dnepropetrovskidə təhsil alan həkmyerlimiz həmçinin vilayət yarışlarında qazandığı qələbələrdə çoxsaylı mükafat və medallar alıb. Azərbaycan Gəncləri Ukrayna Təşkilatının sədri Elza Bəkirova ANS PRESS-ə açıqlamasında, həmyerlimizin qələbəsindən böyük fəxr hissi keçirdiklərini bildirdi: "Bu Eltac üçün dünya səviyyəsində ilk yarış idi və o, bu yarışdan 2014-cü ilin dünya çempionu titulu ilə geri döndü. Həmyerlimizi təbrik edirik və bundan sonra da uğurlar, yeni qələbələr arzulayırıq! Azərbaycan gəncləri Ukrayna təşkilatının sədri kimi məhz həmyerlimizin kikboks üzrə 2014-cü ilin dünya çempionu olması ilə fəxr edirəm. Biz azərbaycanlılar üçün bu böyük sevincdir. Mən öz vətənini ölkədən kənarda layiqinncə təmsil edən hər bir azərbaycanlının uğuru ilə fəxr edirəm!" ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol