• $
  • €
  • ₽
  • ₺
  • £

Kişi voleybolunu izləyən iranlı qadına 1 il həbs verildi - FOTO

Kişi voleybolunu izləyən iranlı qadına 1 il həbs verildi - FOTO
03.11.2014 10:41

İran əsilli britaniyalı qadın Qönçə Qəvami 1 il azadlıqdan məhrum edilib. Bu barədə onun vəkili bildirib.

Qönçə Qəvaminin 25 yaşı var. O, bu ilin iyununda kişilər arasında voleybol üzrə İran və İtaliya komandalarının oyununu izləmək üçün "Azadi" stadionuna getmişdi. O, iyunda kişi voleybol yarışlarına qadınların buraxılmamasına etiraz edən zaman həbs olunmuşdu.

Qönçə Qəvaminin məhkəmə prosesi ötən ay başlayıb. Onun vəkili Əlizadə Təbatəbai mətbuata bildirib ki, mavəkkilinə 1 il həbs verilməsinin heç bir rəsmi səbəbi göstərilməyib. Vəkil Qönçə Qəvaminin “rejim əleyhinə təbliğatda” ittiham olunduğunu deyib.

Qönçə Qəvami

Qönçə Qəvami 128 gün idi ki, məhbəsdə idi. O həmin günlərin 41-ni “karser”də keçirib. Həbsdə olan zaman iki həftə aclıq aksiyası edib.

Sonuncu aclıq aksiyası oktyabrda olub. Birləşmiş Krallıq Xarici İşlər Nazirliyi həmin vaxt demişdi ki, Britaniya vətəndaşının saxlanıldığı barədə məlumatı var, amma İranda Britaniya vətəndaşlarına kömək etmək imkanları məhduddur.

İranda 1979-cu ildəki İslam inqilabından sonra qadınların futbol stadionlarına getməsi qadağan olundu. 2012-ci ildə İranın idman və gənclər nazirliyi bu qadağaya voleybol yarışlarını da əlavə etdi.

İran rəsmiləri bildirir ki, stadionlarda qadınlarla kişilərin birlikdə olması "ictimai maraqlara uyğun deyil və bu qadağa həm də qadınların öz marağındadır".

Bu qadağa 2014-cü ilin iyununda aktuallaşdı. İyunun 13-də Voleybol üzrə Dünya Liqası yarışlarında İranla Braziliya Tehranda qarşılaşanda iranlı qadınları "Azadi" stadionuna buraxmadılar, Braziliya qadınları isə sərbəst keçdilər.

İyunun 20-də İran İtaliya ilə qarşılaşanda Qönçə Qəvami də daxil olmaqla onlarla qadın "Azadi" stadionu qarşısında etiraz aksiyasına çıxdı. Onlar qadınların voleybol yarışlarına buraxılmaması qadağasına etiraz edirdi. Hadisənin şahidi olan jurnalistlərin dediyinə görə, polis qadın etirazçıları döyərək dağıtdı, bir neçə qadın həbs olundu.

Virtualaz.org

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol