"Bavariya"da ciddi itki

Almaniya çempionu "Bavariya" ciddi itki ilə üzləşib.
Anews.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Tyaqo Alkantara zədələnib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə ispan futbolçunun Almaniya kubokunda keçirilən "Rodinqhauzen" - "Bavariya" matçında zədələndiyi və 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Alkantara cari mövsümdə "Bavariya" forması ilə 14 oyunda iştirak edib. 27 yaşlı futbolçu bu oyunlarda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























