Braziliya məhkəməsi Ronaldinyonun pasportuna həbs qoydu

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun pasportuna həbs qoyulub.
Anews.az Report.az-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Riu-Qrandi-du-Sul ştatının məhkəməsi qəbul edib. 38 yaşlı veteran idmançı 2015-ci ildə qardaşı ilə birlikdə qanunsuz anbar və balıqçılıq platformasının tikintisinə görə təyin edilən 2 milyon avro cəriməni ödəmədiyi üçün sanksiya ilə üzləşib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























