"Neymar Peleni geridə qoya bilər"

Braziliya millisinin sabiq hücumçusu Romario komandanın hazırkı futbolçusu Neymar haqda xoş sözlər deyib.Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Romario Neymarın yaxın gələcəkdə Peleni geridə qoyacağına inandığını bildirib:"Neymar gənc olmasına baxmayaraq, onun dünya futbolu və Braziliya üçün nə qədər önəmli olduğunu yaxşı bilir. O, Braziliya xalqının tarix yazacağına inandığı bir futbolçudur. Braziliyanın bir sıra çox qol vuran futbolçuları olub. Lakin onlar Braziliya yığmasında bunu edə bilməyiblər. Son mundial Neymar üçün də uğurlu alınmadı. Amma hələ vaxt var. Onun cəmi 22 yaşı var və yaxın gələcəkdə vuracağı qollarla Peleni geridə qoya bilər".ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























