Çempionlar Liqası: - NƏTİCƏLƏR

Çempionlar Liqasında qrup mərhələsinin III turuna yekun vurulub.ANN.Az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, bu dəfə digər – A, B, C və D qrupunda mübarizə aparan komandalar meydana çıxıb.Günün ən maraqlı oyunlarından biri İngiltərənin Liverpul şəhərində baş tutub. Burada şəhərin eyni adlı komandası qitə miqyaslı ən nüfuzlu klub turnirinin son qalibi “Real”la üz-üzə gəlib. “Kral” klubu” növbəti 3 xalına sevinmək üçün çətinlik çəkməyib. Matç 0:3 hesabı ilə madridlilərin xeyirinə başa çatıb.Azərbaycanlı futbol azarkeşlərinin diqqəti isə İstanbula yönəlib. 2 oyundan sadəcə 1 xal qazanan “Qalatasaray” dogma azarkeşləri önündə qrup lideri Dortmund “Borussiya”sını sınağa çəkib. Növbəti mərhələyə adlamaq üçün “Cim-Bom” “Türk Telekom Arena”da almanlara gücünü göstərməyi bacarmayıb. “Aslanlar” rəqibi qarşısında aciz qalıb – 0:4Digər görüşlərdə isə “Anderlext” “Arsenal” 1:2, “Yuventus” “Olimpiakos”a 0:1, “Zenit” “Bayer”ə 0:2, “Bazel” “Ludoqorets” 0:1 hesabı ilə uduzub. “Atletiko” “Malmö”ni darmadağn edib. Gecənin yeganə matçı “Monako” - “Benfika” görüşündə hesab açılçayıb – 0:0.Çempionlar LiqasıIII tur22 oktyabr (çərşənbə)A qrupu“Olimpiakos” – “Yuventus" - 1:0Qol: Kasami, 36"Atletiko” – “Malmö” - 5:0Qollar: Koke, 48, Mandzukiç, 61, Qriezmann, 63, Çerci, 90+3B qrupu“Liverpul” – “Real” - 0:3Qollar: Ronaldo, 23, Benzema, 30; 41“Ludoqorets” – “Bazel” - 1:0Qol: Minev, 90+2C qrupu“Bayer” – “Zenit” - 2:0Qollar: Donati, 58, Papadopoulos, 63“Monako” – “Benfika” - 0:0D qrupu“Anderlext” – “Arsenal” - 1:2Qollar: Nayar, 71 - Gibbs, 89, Podolski, 90+1“Qalatasaray” – “Borussiya” - 0:4Qollar: Aubameyanq, 6; 18, Roys, 41, Ramos, 83ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























