• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağ"la oyunda mütləq qələbə qazanmalıyıq"

"Qarabağ"la oyunda mütləq qələbə qazanmalıyıq"
22.10.2014 14:09
"Qarabağ" həqiqətən yüksəlişdədir, zədəli futbolçuları demək olar ki, yoxdur. Sabah çox vacib oyun olacaq. Ona görə də mütləq qələbə qazanmalıyıq".Qol.Az-ın məlumatına görə, bu sözləri "Dnepr" klubunun futbolçusu Nikola Kaliçin Ukrayna mətbuatına açıqlamasında deyib.26 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsində qarşılaşcaqları "Qarabağ"ın güclü rəqib olduğunu və onlara qarşı matçın çətin keçəcəyini bildirib: "Şübhəsiz, ölkə çempionatında "Çernomorets" üzərində qələbə bizə əlavə impuls verdi. Bu mənada Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la görüşdə psixoloji baxımdan oynamaq daha asan olacaq. Bundan yanaşı, Azərbaycan komandasına qarşı təkcə ev yox, səfər oyunlarında da uğurlu çıxış etməliyik. Rəqib hər zaman güclü təsir bağışlayır. Düşünürəm ki, "Qarabağ"ın Bakıda "Sent-Etyen"lə dueli onların evdə nə dərəcədə çətin bir komanda olduğunun parlaq göstəricisidir".Kaliniç "Qarabağ"la oyunlarda mümkün qədər çox qol vurmağa çalışacaqlarını deyib: "Biz daha öncə güclü rəqiblərə qarşı oynamışıq. "Kopenhagen", "Hayduk", "İnter" və "Sent-Etyen" yaxşı səviyyəli komandalardır və onlara qol vurmaq çox da asan deyil. "Qarabağ"la oyunda "vurulan toplar" qrafası da daxil olmaqla öz göstəricilərimizi yaxşılaşdırmağa çalışacağıq. Yekunda qol vura bilməsək, qələbə də olmayacaq. Ona görə də bizə mütləq qol vurmaq lazımdır".Qeyd edək ki, "Dnepr" - "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol