Qol sevinci ölümünə səbəb oldu

Hindistanın "Betlehem Bentlanq" klubunun futbolçusu Peter Biaksanqzuala dünyasını dəyişib.Qol.Az-ın "zofooty.com"a istinadən verdiyi məlumata görə, buna hindistanlı futbolçunun qol sevinci yaşarkən aldığı zədə səbəb olub. Mizoram ştatının yüksək liqasında "Çanmari Vest"lə görüşdə fərqlənən gənc futbolçu vurduğu qolu salto aşmaqla bayram edib. Lakin yerə uğursuz şəkildə düşən yarımmüdafiəçi ayağa qalxa bilməyib. Biaksanqzuala yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























