"Atletiko"nun məşqində gərgin anlar

"Atletiko"nun bugünkü məşqində gərgin anlar yaşanıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Madrid klubunun baş məşqçisi Dieqo Simeone milli komandaların düşərgəsindən yeni qayıdan futbolçuların hazırlığından məmnun qalmayıb.
Bu səbəbdən məşqi yarımçıq dayandıran D.Simeone futbolçularına tənqid edib.
"Milli komandada nə etdiyiniz məni maraqlandırmır. Mənim üçün önəmli olan "Atletiko"dur" - deyə o, futbolçularına bildirib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























