Messi yeni rekordun astanasında...

"Barselona" klubunun futbolçusu Lionel Messi daha bir rekordun astanasındadır. ANN.Az-ın Qol.Az-a istinadən verdiyi məlumata görə, argentinalı futbolçu həftəsonu "Eybar"la keçiriləcək oyunda tarixə düşə bilər. 27 yaşlı futbolçu həmin görüdə het-trik edəcəyi təqdirdə İspaniya La Liqa tarixində ən çox qol vuran oyunçu adını qazanacaq. La Liqada keçirdiyi 284 oyunda 249 qol vuran Messi yalnız "Atletik" (Bilbao) klubunun sabiq futbolçusu Telmo Zarradan geri qalır. Zarra 1940-1955-ci illərdə vurduğu 251 qolla La Liqanın ən məhsuldar futbolçuları siyahısına başçılıq edir. Qeyd edək ki, oktyabrın 18-də keçiriləcək "Barselona" - "Eybar" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Xatırladaq ki, Messi "Barselona" forması ilə ilk matçına 16 oktyabr, 2004-cü ildə çıxıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























