• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhriyar Məmmədyarov: "Bakıda oynaya bilmirəm, psixoloqa getməliyəm"

Şəhriyar Məmmədyarov: "Bakıda oynaya bilmirəm, psixoloqa getməliyəm"
11.10.2014 12:51

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirində 8-ci turda Şəhriyar Məmmədyarov Sergey Karyakinlə heç-heçə oynayıb.

Ş.Məmmədyarov partiyadan sonra mətbuat konfransında suallara cavab verib: "Debütlə özümü təəccübləndirdim. Hətta Andreykin partiyadan sonra maraqlı gedişlərin olduğunu dedi. Amma həmin gedişləri görmədim. Piyadaların gedişi məni çaşdırdı. Pozisiyalar maraqlı idi, amma vaxt çatrmırdı. Ona görə də tez qərar qəbul edirdim. Heç-heçə oyuna uyğun nəticə oldu. Nəzərə alsaq ki, ağların üstünlüyü var idi. Sadəcə, onlar istifadə edə bilmədi. 8 turdan sonra turnir cədvəlindəki mövqeyimi düzəltmək üçün şanslarım var. Gərək son 3 turda daha yaxşı oynayım".

Ş.Məmmədyarov şahmat mütəxəssisi Gennadi Sosonkonun ona psixoloqa müraciət etməyi məsləhət verməsinə də münasibət bildirib: "Sosonkonun mətbuata verdiyi açıqlamanı oxumuşam. Bilirsiniz, mənim üçün də maraqlıdır. Axı 2014-cü ildə keçirilən turnirlərdə yüksək performans göstərmişəm. Amma Şəmkirdə, Bakıda oyunum alınmır. Bu barədə ciddi düşünməliyəm. 2016-cı ildə Bakıda şahmat olimpiadası keçiriləcək. Əgər olimpiadada zəif çıxış etsəm, çoxları məyus olacaq. Rahat oynamaq lazımdır. Xarici ölkələrdən fərqli olaraq, Bakıda rahat oynaya bilmirəm. Ciddi düşünməliyəm. Psixoloqa müraciət etmək barədə düşünəcəyəm. Əsas bu problemi həll etməkdir. Azərbaycanda oynayanda ev yaxındır, doğmalarımın dəstəyini hiss edirəm. Bəlkə də elə buna görə istədiyim oyunu göstərə bilmirəm. Əsas odur ki, problemi həll edim. Doğma diyarda reytinqimi itirməyim. Çalışmaq lazımdır. Rahat oynamaq üçün problemi həll etməyə çalışacağam".

S.Karyakin də jurnalistlərin suallarına cavab verib: "Partiyaya yaxşı başladım. Üstünlük qazandım. Rəqibin səhvləri mənə üstünlük qazanmağa imkan verdi. Amma istədiyimi reallaşdıra bilmədim. Heç-heçə yaxşı nəticədir. Lakin qələbə qazanmaq imkanlarım var idi. Qələbə üçün lazım olan gedişləri tapa bilmədim. Şəhriyarin yaxşı müdafiə olunmasını qeyd etməliyəm. Mənim üçün hücum qurmaq çox çətin oldu. Məmmədyarovun yaxşı müdafiə olunması heç-heçəni qaçılmaz etdi" ("Trend").

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol