• $
  • €
  • ₽
  • ₺
  • £

AVRO-2016: NƏTİCƏLƏR

AVRO-2016: NƏTİCƏLƏR
10.10.2014 09:12
Ötən gün AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlara start verilib.ANN.Az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, bu dəfə qruplarda iki turun qarşılaşmaları baş tutub. Hər tur 3 gün davam etdiyindən azarkeşlər bu gün yalnız 3 qurpda 18 görüşə şahidlik ediblər. C qrupunda mübarizə aparan Belarus evədə Ukrayna ilə qarşılaşıb. Matçda qonaqlar 2:0 hesabı ilə qalib gəlib. Makedoniya doğma publika önündə Lüksemburqu sınağa çəkib. Bol qollu keçən matçda meydan sahibləri əzmkar qələbə qazanıb. Son Avropa çempionu İspaniya isə səfərdə Slovakiyanın qonağı olub. Baş məşqçi Visente del Boskenin yetirmələri gözlənilmədən rəqibinə boyun əyib - 2:1. E qrupnun favoriti hesab edilən İngiltərə “cırtdan” ölkə San-Marino ilə üz-üzə gəlib. Britaniyalılar rəqibi top atəşinə tutublar. Litva evdə Estoniya ilə, Sloveniya İsveçrə ilə münasibətlərinə aydınlıq gətirib. Hər iki görüşdə sevinən tərəf meydan sahibləri olub ki, oyunun da taleyini bir qol həll edib. Digər qrupda isə Lixtenşteyn – Monteneqro ilə qolsuz heç-heçə edib. Avstriya Moldovadan üstün olub – 2:1. Şimal qonşularımız Rusiya isə səfərdə İsveçlə qarşılaşıb. Bu görüşdə də qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar xalları yarı bölüb. Qeyd edək ki, H qrupunda çıxış edən Azərbaycan millisi bu gün İtaliya ilə səfərdə üz-üzə gələcək.  AVRO-2016-nın seçmə mərhələsi9 oktyabrC qrupuBelarus - Ukrayna - 0:2 Martynoviç, 82-avtoqol, Sydorkuk, 90+3Makedoniya - Lüksemburq - 3:2Qollar: Traykovski, 20, Yahoviç, 66, Abdurahimi, 90+2 - Bensi, 39, Turpel, 44Slovakiya – İspaniya - 2:1Qollar: Kuçka, 17, Stok, 87 - Pako, 82  E qrupuİngiltərə - San-Marino - 5:0Qollar: Jaqielka, 25, Runi, 44-pen, Uelbek, 49, Taunsend, 72, Della Valle Ales, 78-avtoqolLitva - Estoniya - 1:0Qol: Mikolünas, 76Sloveniya – İsveçrə - 1:0Qol: Novakoviç, 79-pen  G qrupuLixtenşteyn - Monteneqro - 0:0Moldova - Avstriya - 1:2Qollar: Dedov, 27-pen -Alaba, 12-pen, Yanko, 51İsveç – Rusiya - 1:1Qollar: Toivonen, 49 - Kokarin, 10 ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol