• $
  • €
  • ₽
  • ₺
  • £

Foqtsun yetirməsinə əxlaqsız təklif

Foqtsun yetirməsinə əxlaqsız təklif
06.10.2014 10:25

1990-cı ildə keçirilən dünya çempionatının finalında vurduğu qolla Almaniyanı çempion edən Andreas Brehme çətin günlər yaşayır. Fanat.az xəbər verir ki, alman futbol veteranının şirkəti iflasa uğrayıb.Hər şeyini itirən Brehmenin üstəlik 250 min avro borcu da qalıb. Əfsanəvi futbolçu daha bir zərbəni "Unterhaxinq"də rəhbərliyi altında oynamış Olivier Straubedən alıb. Straube İtaliya mətbuatına müsahibəsində "Andreasa şirkətimizdə tualet və hamam təmizliyi işini vermək istəyərik. Bununla da gerçək bir işi və həyatı ola bilər. Bu iş Brehmenin imicini düzəltməsi üçün də yaxşı olacaq" deyib.Almaniya futbolunun başqa bir əfsanəsi, DÇ-1990-da yığmanı çalışdıran Frans Bekkenbauer isə fərqli addım atıb. O, alman xalqını Brehmeyə yardım etməyə çağırıb: "Alman xalqının üzərində ona qarşı məsuliyyət var. İndi Andreasa yardım etmə zamanıdı. O, alman futboluna çox şey verib, bizə dünya çempionluğunu qazandırıb. İndi alman futbolunun onun üçün bir şeylər etmək zamanıdı".Qeyd edək ki, Andreas Brehme karyerası ərzində "Barmbek-Uhlenhorst", "Saarbrükken", "Kayzerslautern", "Bavariya", "İnter" və "Saraqosa" klublarında çıxış edib. 1984-1994 yığmada komandada 86 oyun keçirib və 8 qol vurub. O, 1990-1994-cü illərdə hazırda yığmamıza başçılıq edən Berti Foqtsun rəhbərliyi altında çıxış edib və 1992-ci ildə Avropa çempionatının finalında oynayıb.ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol