• $
  • €
  • ₽
  • ₺
  • £

“Uşaq vaxtı sevdiyim klub “Milan” idi” - Qurban Qurbanov

“Uşaq vaxtı sevdiyim klub “Milan” idi” - Qurban Qurbanov
02.10.2014 14:17
İtaliyanın nüfuzlu “La Qazzetta dello Sport” nəşrində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla müsahibə çap olunub. “Lent.az” -ın Milandakı əməkdaşı Səbuhi Məmmədlinin verdiyi məlumata görə, müsahibə “Qarabağ”lı futbolçuların məskunlaşdığı otelin təsviri ilə başlayır. Müəllif azərbaycanlı futbolçuların çox rahat olduğunu yazır: “Qarabağ”lı futbolçuları heç elə bil “İnter”lə vacib oyun gözləmir”. Qurban Qurbanov “La Qazzetta dello Sport”a müsahibəsində hər zaman İtaliya futbolundan öyrəndiyini bildirib: “Müdafiə futbolunun özəlliklərini məhz İtaliya futbolundan öyrənməyə çalışmışam. Uşaq vaxtı  sevdiyim klub “Milan” idi” Qurban Qurbanovun AVRO-2004-ün seçmə mərhələsində 2002-ci ilin sentyabrında Bakıda İtaliya yığmasına qarşı forma geyinməsi də yazıda öz əksini tapıb: “42 yaşlı Qurban Qurbanov Azərbaycanda ən populyar baş məşqçidir. Qurban Qurbanov Azərbaycan yığmasında oynadığı 67 oyunda 14 qol vurub” Qurban Qurbanov “Qarabağ”ın torpaqları erməni işğalçıları tərəfindən işğal olunmuş məcburi köçkünlərin simvolu olduğunu da sözlərinə əlavə edib: “Qarabağ” təkcə futbol klubu deyil, “Qarabağ” həm də torpaqlarını itirmiş azərbaycanlı məcburi köçkünlərin simvoludur. Bu komanda 1993-cü ildə Azərbaycan çempionu oldu və təmsil etdiyi Ağdam şəhəri elə həmin il ermənilər tərəfindən işğal olundu. Və düz 21 ildir ki, “Qarabağ” doğma stadionunda oynaya bilmir. Bütün oyunlarımızı paytaxt Bakıda keçiririk. Məhz bu amilə görə, üzərimizdə çox böyük məsuliyyət var. “Kalyari” San-Siroda “İnter”i məğlub edibsə (İtaliya “A seriya”sının son turunda “Kalyari” “İnter”i 1-4 hesabı ilə məğlub edib-red), nədən biz də bunu etməyək? Mən heç-heçəyə zəmanət vermirəm”.     Müəllif sonda “Qarabağ”ın Azərbaycanda həddindən çox sevilən bir klub olmasını qeyd edib: “hava limanında onları böyük izdiham və coşquyla yola salıblar”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol