AFFA klubları cəzalandırdı

AFFA İntizam Komitəsinin (İK) sentyabrın 30-da iclası keçirilib.ANN.Az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, İK Premyer Liqanın 7-ci turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb. Belə ki, Azərbaycan Premyer Liqasının VII turunun “Bakı” – “Araz Naxçıvan” qarşılaşmasının 78-ci dəqiqəsində “Bakı”nin məşqçisi Rafael Əmirbəyov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.“Neftçi” – “Qarabağ” görüşündə “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat cərimə kəsilib.AZAL – “İnter” oyununda AZAL və “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki kluba 1000 manat cərimə verilib.“Qəbələ” – “Xəzər-Lənkəran” qarşılaşmasında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























