• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliya mətbuatı “Qarabağ”ın tərifini göylərə qaldırdı - YAZI

İtaliya mətbuatı “Qarabağ”ın tərifini göylərə qaldırdı - YAZI
30.09.2014 17:16

İtaliya mətbuatı “İnter”in qonağı olacaq “Qarabağ” haqda geniş yazı verib.

ANN.Az “Qarabağ FK”-nın Facebook səhifəsinə istinadən həmin yazını təqdim edir: “Azərbaycan klubu Dağlıq Qarabağda baş verən müharibə səbəbindən (Əslində ermənilər Qarabağı işğal ediblər - red.) Ağdamı tərk edərək Bakıya üz tutub. Qarabağ ikiqat ölkə çempionluğunu, üç dəfə kuboku, bir dəfə isə Superkuboku qazanıb. Azərbaycan komandası Avrokuboklarda böyük təcrübəyə malikdir: 49 oyun (Avropa Liqasında 37, Çempionlar Liqasında 4 matç, Kuboklar Kuboku və İntertoto Kubokunda oyunlar) - 19 qələbə, 12 heç-heçə, 18 məğlubiyyət.“Qarabağ”ın baş məşqçisi vaxtıilə Azərbaycan yığmasının heyətində beynəlxalq arenada ən çox qol vuran futbolçu olub: 14 qol. O, məşqçilik karyerasına “Neftçi”də başlayıb. 2008-ci ildən “Qarabağ”a gəlib, 21 ildən sonra komandaya yenidən çempionluğu qazandırıb. “Qarabağ” futbolçuları Cəngavərlər adlanır, klubun emblemində iki at əksini tapıb. Komandanın oyunçularından Danilo, Riçard Almeyda , Çumbinyo, Reynaldo, Leroy Corc, İbrahim Şehiç, Aqolli, Muarem, kapitan Rəşad Sadıqovun adı xüsusi qeyd edilib.“Qarabağ” hazırda ölkə çempionatında lider “İnter”dən bir oyun az keçirməklə 11 xalla (3 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət) üçüncü pillədə qərarlaşıb. İtaliya “İnter”i 230 milyon, “Qarabağ” isə 10 milyon avro büdcəyə sahib dir. “Qafqaz “Barselona”sı adlandırılan komandanın qısa ötürmələrdən istifadə edir, sürətli oyuna üstünlük verən komanda, əsasən 4-3-3, 4-5-1, 4-6-0 taktikası ilə oynayır.“QARABAĞ” QƏHRƏMANLAR KİMİ DÖNMƏK İSTƏYİR!Yazıda həmçinin “Qarabağ”ın Avropa turnirində uzun yol qət etdiyi, Çempionlar Liqasında “Valletta”nı mübarizədən kənarlaşdırdığı, ardından “Zalsburq”u 2-1 məğlub etsə də, səfərdə 0-2 uduzaraq Avroliqada mücadiləni davam etdirməklə “Tvente”ni yarışdan kənarlaşdırdığı qeyd olunub. Qrup raundunun ilk oyununda “Sent-Etyen”lə görüşdə “Qarabağ” 90 dəqiqə ərzində diqtə edən tərəf olub və qələbəyə çox yaxınlaşsa da, buna nail olmayıb.“İnter” və Matsari üçün aydındır ki, “Qarabağ” Milana gəzməyə gəlməyib və bu komanda Vətənə, Ağdam klubunun fanatlarının yanına qalib - qəhrəmanlar kimi qayıtmaq istəyir”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol