"Yuve"dən inanılmaz rekord

İtaliya A Seriyasına uğurlu başlayan son 3 mövsümün çempionu "Yuventus" liqa tarixindəki rekordu təkrarlayıb.ANN.Az goal.com-a istinadən xəbər verir ki, "Cesena"yı qonaq edən "Yuventus" çilili ulduz Arturo Vidalın damğasını vurduğu matçda 3 xalı 3 qolla qazanıb.Bu mövsüm oynadığı 5 rəsmi matçını qol yemədən qazanan "Yuve" evindəki üst-üstə 21-ci matçını da qalib tamamlayaraq əzəli rəqibi "Torino"nun rekordunu təkrarladı. "Torino" da çempion olaraq tamamladığı 1947-1948 və 1948-1949 sezonlarında öz meydanında ard-arda 21 matç qələbə qazanmışdı.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























