Luis Enrique: "Oyunçularım maşın deyil"

"Barselona"nın "Malaqa" ilə bərabərə qaldığı matçdan sonra katalon klubunun baş məşqçisi Luis Enrique önəmli açıqlamalar verib. ANN.Az goal.com-a istinadən xəbər verir ki, 44 yaşlı məşqçi qələbə qazana bilməmələrinə səbəb kimi Messini topla təmin edə bilməmələrini göstərib: "Messini dövrəyə sala bilmədik. Onu daha çox topla təmin etsəydik, əminəm daha təhlükəli ola bilərdik. Demək olar ki, üç gündən bir məşq edirik. Oyunçularım maşın deyil". Qeyd edək ki, "Barca" həftə sonu "Elçe"ni qonaq edəcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























