• $
  • €
  • ₽
  • ₺
  • £

AFFA klubları cəzalandırdı

AFFA klubları cəzalandırdı
23.09.2014 15:35
AFFA İntizam Komitəsinin bu gün iclası keçirilib.

ANN.Az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:Topaz Premyer Liqasının VI turunun “İnter” – “Bakı” matçının 30-cu dəqiqəsində “Bakı” klubunun məşqçisi Muarem Zekir texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 62). Topaz Premyer Liqasının VI turunun “Sumqayıt” – AZAL matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Topaz Premyer Liqasının VI turunun “Qəbələ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).Əvəzedici heyətlərin VI turunun “Sumqayıt” – AZAL matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40). Əvəzedici heyətlərin VI turunun “Qarabağ” – “Simurq” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).  Oyunun 42-ci dəqiqəsində “Simurq” klubunun 40 №-li futbolçusu Sərxan Abaslı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48). Azərbaycan I Divizionun III turunun “Qaradağ Lökbatan” – “Kəpəz” matçının 31-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 85 №-li futbolçusu Natiq Əkbərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Oyunun 90+3-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Adil Mahmudov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur(maddə 62). Azərbaycan I Divizionun III turunun “Ağsu” – “Rəvan” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).Azərbaycan I Divizionun III turunun “Lokomotiv” – “Neftçala” matçında “Lokomotiv” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).Azərbaycan I Divizionun III turunun “Şəmkir” – “Şahdağ” matçının 83-cü dəqiqəsində “Şahdağ” klubunun 6 №-li futbolçusu Rüstəm Əsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).Azərbaycan I Divizionun III turunun “Bakılı” – “Energetik” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Meydan sahibi olan “Bakılı” komandasının əvəzetmə tablosunun olmamasına görə klub 200 manat cərimə olunur (maddə 60).Azərbaycan I Divizionun III turunun “Mil-Muğan” – “Turan-T” matçında oyun bitdikdən sonra “Turan-T” klubu protokolda etiraz qeyd edib. Belə ki, “Mil-Muğan” komandasının 3 №-li futbolçusu Fərid İbrahimlinin (doğum tarixi: 30.05.1993) əvəzinə klubun digər futbolçusu Məhərrəmov Orxanın (doğum tarixi: 11.11.1990) iştirak etdiyini bildirib. Matçın hakiminin iştirakı ilə hər iki futbolçunun sənədləri yoxlanılmış və həqiqətən də hadisənin yuxarıda qeyd olunduğu kimi olduğu aşkarlanıb. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:“Mil-Muğan” klubu limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 1000 manat cərimə olunur. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalır. Vurulmuş qollar ləğv edilir (maddə 51.2).“Mil-Muğan” klubunun baş məşqçisi Mətləb Məmmədovun saxtakarlığa yol verdiyinə görə 12 aylıq futbol fəaliyyətindən kənarlaşdırılır və klub 1000 manat cərimə olunur (maddə 45).“Turan-T” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 65-ci dəqiqəsində “Mil-Muğan” klubunun 3 №-li futbolçusu Məhərrəmov Orxan idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).Oyunun 90+3-cü dəqiqəsində “Turan-T” klubunun 21 №-li futbolçusu Rəşad Orucov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).Oyunun 90+4-cü dəqiqəsində “Turan-T” klubunun 12 №-li futbolçusu Taleh Qasımov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol