"Qarabağ"da ciddi itki

"Qarabağ" futbol klubunun daha bir futbolçusu sıradan çıxıb.ANN.Az klubun saytına istinadən xəbər verir ki, Jumbinyonun ardından daha bir braziliyalı komandaya kömək edə bilməyəcək. Yayda komandanın sıralarına qoşulan Danilo Dias dizində ağrılar hiss edirdi.Tibbi personal davamlı müalicələrlə əməliyyatın qarşısını almağa cəhd etsə də 29 yaşlı futbolçunun dizində "mensk" əməliyyatı qaçınılmaz olub. Danilo yaxın günlərdə Türkiyədə cərrah masasına uzanacaq. O təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























