• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda futbol dayanır!

Azərbaycanda futbol dayanır!
22.09.2014 14:45

Milli komandamızın “Avro-2016”da İtaliya (10 oktyabr) və Xorvatiyaya (13 oktyabr) qarşı keçirəcəyi rəsmi oyunlarla əlaqədar Azərbaycan Premyer Liqasında uzunmüddətli fasilə yaranacaq.

Qol.Az-ın xəbərinə görə, Premyer Liqada sentyabrın 28-də yeddinci tura yekun vurulduqdan sonra millinin təlim-məşq toplanışı başlanacaq.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Qol.Az-a açıqlamasında hələlik millinin hazırlıq proqramının təsdiqlənmədiyi üçün məşqlərin nə vaxt başlanacağı haqda məlumat verməyib.

Amma, əvvəlki təcrübədən çıxış edərək güman etmək olar ki, millinin təlim-məşq toplanışı yeddinci tur başa çatdıqdan 1-2 gün sonra başlanacaq və futbolçular oktyabrın 13-ü Xorvatiya ilə səfərdəki matç bitənə qədər millinin düşərgəsində olacaq.

Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın milli komandamıza dəvət olunacaq futbolçuları isə təlim-məşq toplanışının ilk günlərində hazırlığa qoşulmayacaqlar. Bu, Ağdam klubunun üzvlərinin oktyabrın 2-də səfərdə İtaliya “İnter”i ilə qarşılaşmasına görədir. “Qarabağ”lı oyunçular böyük ehtimalla oktyabrın 4-ü millinin düşərgəsində olacaqlar.

Azərbaycandan fərqli olaraq, Avropanın bir çox ölkəsinin milli çempionatında oktyabrın 4-5-i aralığında, həftəsonu oyunlar təxirə düşməyib. Ölkəmizdə isə milli komandanın oyunları səbəbindən Peşəkar Futbol Liqası səkkizinci turun matçlarını oktyabrın ilk beş gününə deyil, millinin Xorvatiya ilə son matçından sonraya təyin edib.

Konkret olaraq, PFL-in təsdiq etdiyi kimi, Premyer Liqamızda səkkizinci tura oktyabrın 17-də start veriləcək. Bu isə o deməkdir ki,  yeddinci tur başa çatdıqdan (sentyabrın 28-i) sonra Azərbaycan çempionatının yüksək liqasında üç həftəyə yaxın, düz 19 gün oyun olmayacaq.

Bu müddətdə klublarımızdan bəziləri  Azərbaycanda, bəziləri isə xaricdə təlim-məşq toplanışı keçirməyi nəzərdə tutub. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol