Ronaldo Messini geridə qoydu

"Real"ın futbolçusu Kriştiano Ronaldo Lionel Messini geridə qoyub.Qol.Az-ın "Marca" qəzetinə istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu dünən Çempionlar Liqasının qrup mərhələsində "Bazel"lə matçda fərqlənib və bu turnirdə vurduğu qolların sayını 68-a yüksəldib. Bununla da Lionel Messini (67 qol) geridə qoyan Ronaldo ÇL-in tarixində ən çox qol vuran ikinci futbolçu olub.Qeyd edək ki, bu siyahının ilk pilləsində 71 qolla "Real"ın sabiq futbolçusu Raul Qonzalesdir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























