Quardiola: "Mançester Yunayted"in pulu çatmaz

"Bayern Münih"in baş məşqçisi Pep Quardiola "Mançester Yunayted" klubunun alman təmsilçinin oyunçularını ala biləcək gücdə olmadığını iddia edib.
ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, ispan məşqçi "Mançester Yunayted"in bizdən oyunçu ala biləcək qədər pulu yoxdur. Transferə çox pul xərclədiklərini gördüm. Bu Lui Van Qaal üçün yaxşı haldır. Oyunçularımı istəyən klubların adlarını bilirəm. Qalmaq istərlərsə qalarlar", deyib.Qeyd edək ki, "Qırmızı Şeytanlar" yay transfer dönəmində heyətinı qatdığı Angel di Maria, Radamel Falcao, Luke Shaw, Marcos Rojo, Ander Herrera ve Daley Blind üçün 191 milyon avro ödəmişdi.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























