• $
  • €
  • ₽
  • ₺
  • £

Qrupa düşən “Qarabağ”ın gəliri – UEFA rəsmən açıqladı

Qrupa düşən “Qarabağ”ın gəliri – UEFA rəsmən açıqladı
15.09.2014 18:47

Ağdam klubunun Çempionlar Liqası və Avroliqadakı iştirakına görə qazancı müəyyənləşdi

Bu gün UEFA 2014/15 mövsümündə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq klubların gəlirlərini açıqlayıb. 

ANN.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə əsasən, cari mövsümdə “Qarabağ”ın da yarışacağı Avropa Liqasından teleyayım, kommersiya xarakterli müqavilələrə görə 225 milyon avro gəlir əldə olunacaq.

Bu məbləğin 168 milyonu qrup mərhələsinin iştirakçıları arasında bölünəcək.

Azərbaycanın Avroliqadakı yeganə təmsilçisi "Qarabağ" klubuna turnirin qrup mərhələsində oynayacağı üçün 1,3 milyon avro mükafat veriləcək.

Qrupdakı hər qələbəyə 200 min avro, heç-heçəyə görə isə 100 min avro pul mükafatı ayrılıb.

Avroliqanın 1/16 finalına qrup qalibi kimi çıxan komandaya 400 min avro, ikinci pillənin sahibi kimi çıxana isə 200 min avro mükafat veriləcək. 1/8 finalda oynayan 350 min avro, 1/4 finala yüksələn komanda isə 450 min avro gəlir əldə edəcək. Yarımfinalçı 1 milyon avro, finalçı isə 2,5 milyon avro ilə mükafatlandırılacaq. Avropa Liqasının qalibinə 5 milyon avro mükafat veriləcək.

Bundan başqa "Qarabağ" klubu Çempionlar Liqasının təsnifat mərhələsində iştirakına görə 200 min avro gəlir əldə edib. Üstəlik Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsində mübarizəni dayandırdığı üçün daha 200 min avro qazanıb.

Beləliklə, ÇL-in təsnifat mərhələsindəki iştirakına və Avroliqanın qrupuna düşdüyü üçün “Qarabağ” 1,7 milyon avro gəlir əldə edib. Qrupdakı nəticələrdən asılı olaraq, Ağdam klubunu gəliri daha da arta bilər.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol