• $
  • €
  • ₽
  • ₺
  • £

Boksçumuz 3-cü oldu

Boksçumuz 3-cü oldu
15.09.2014 13:21

Rusiyanın Kaspiysk şəhərində Dağıstanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd-Salam Umaxanovun xatirəsinə həsr olunmuş beynəlxalq boks turnirinə yekun vurulub.

ANN.Az Boks Federasiyasına istinadən xəbər verir ki, yarışda 12 ölkənin 109 boksçusu iştirak edib. “Baku Fires” klubunun boksçularından Soltan Migitinov (81 kq) və Omar Omarov (91 kq) turniri 3-cü yerdə başa vurublar. London olimpiadasının iştirakçısı Migitinov ilk döyüşdə rusiyalı Haclmurad Xasxanova 2-ci raundda texniki nokautla qalib gəlsə də, yarımfinalda Məhəmmədmurad Arslanbekova uduzub. Qeyd edək kİ, milli komandamızın boksçusunun məğlubiyyətində hakimlərin də “rolu” olub. Migitinov bir dəfə rəqibini noqdauna salsa da, hakimlər 2 dəfə boksçumuza xəbərdarlıq verməklə sonda yerli idmançının qələbəsinə təmin ediblər. Omar Omarov ilk görüşdə rusiyalı Abdulla Abdullayevi məğlub etsə də, yarımfinalda Vadim Lixmana uduzub. Dünya və Avropa çempionu Albert Səlimov da ilk dəfə Azərbaycan bayrağı altında beynəlxalq turnirdə iştirak edib. “Baku Fires” klubunun baş məşqçisi Nuripaşa Talibovun sozlərinə görə, Səlimovun ilk qarşılaşmada məğlubiyyəti üçün hakimlər əlindən gələni ediblər. Qeyd edək ki,  Fərid Əliyev (49 kq) ,Albert Səlimov (60 kq), Cavadxan Sultanov (64 kq), Fərid İsmayılov, Kamil Əhmədov (hər ikisi 69 kq),  Elvin Məmmədov (75 kq) və  Musa Abdullayev (81 kq) yarışı mükafatsız başa vurublar. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol