Materatsi 41 yaşında futbola qayıtdı

İtaliya millisinin sabiq müdafiəçisi Marko Materatsi 41 yaşında futbola qayıdıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Hindistanın "Çennai" klubu ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, M.Materatsi "Çennai"nin həm futbolçusu, həm də baş məşqçisi olacaq.
Qeyd edək ki, 2011-ci ildə "İnter"dən ayrılan M.Materatsi indiyə kimi heç bir komandada oynamayıb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























