Mourinyodan Ronaldo iddialarına cavab

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Kriştiano Ronaldonu transfer etmək istədikləri ilə bağlı yayılan iddialara münasibət bildirib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis bu xəbərləri təkzib edib: "Ronaldonu transfer etməkmi? Bu transferi unudun!".
Qeyd edək ki, "Çelsi"nin qış transferi pəncərəsində Ronaldo üçün "Real"a 60 milyon funt sterlinq ödəməyə hazır olduğu iddia edilirdi.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























