"Traktor Sazi" liderliyə yüksəldi

Təbrizin "Traktor Sazi" klubu ötən gün İran çempionatında növbəti matçına çıxıb.
Qol.Az-ın məlumatına görə, Təbriz təmsilçisi 8-ci turda evdə "Sorinet"lə qarşılaşıb.
Fasiləyə 1:1 hesabı ilə yollanan "Traktor Sazi" ikinci hissədə rəqibinə heç bir şans verməyib. Bu görüşdə 4:1 hesabı ilə qalib gələn Təbriz klubu 19 xalla liderliyə yüksəlib.
12 sentyabr
İran çempionatı, 8-ci tur
"Traktor Sazi" - "Sorinet" - 4:1
Qollar: Lusiano, 3 (1:0), Azimi, 10 (1:1), Cahan, 60 (2:1), Delir, 77 (3:1), İrannecad, 81-avtoqol (4:1)
ANN.Az
























