"Borussia Dortmund"da daha bir şok

"Qalatasaray"ın Çempionlar Liqasındakı rəqibi "Borussia Dortmund" zədə bəlasından xilas ola bilmir.ANN.Az goal.com-a istinadən xəbər verir ki, Nuri Şahin və Marko Reusdan gələn xəbərlərlə şok yaşayan alman klubunda son olaraq Yakub Blaszczykovskinin zədə xəbəri klub üzvlərini məyus edib.Polşalı futbolçu uzunmüddətli müalicədən sonra bu həftə meydanlara qayıtmağı planlaşdırırdı. Dünənki məşqi yarımçıq tərk edən futbolçu öz "Facebook" hesabında "Təəssüf ki, zədəm ucbatından 4 həftə meydanlarda olmayacam" yazıb.Qeyd edək ki, oyunçu 66 dəfə Polşa millisinin formasını geyib və 14 dəfə fərqlənib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























