"Real"ın yeni transferi: "Ehtiyat skamyasında oturmaq istəmirəm"

"Real Madrid" klubunun "Mançester Yunayted"dən 1 illiyə icarəyə götürdüyü Çicarito Hernandez kral klubuna ehtiyat skamyasında oturmaq üçün gəlmədiyini bildirib.ANN.Az goal.com-a istinadən xəbər verir ki, meksikalı futbolçu yeni klubunda Ronaldo, Beyl, Benzema kimi əsas oyunçulardan biri olmaq istədiyini dilə gətirib:"Heç kim ehtiyat skamyasında oturmaq üçün çalışmaz. Mən futbolçuyam və bu idman növündə də meydançada 11 nəfər yer alır. Qalanlar xeyli çalışaraq 11-liyə girməyə çalışar. Çox ciddi hazırlaşıram. Bilirəm ki, Benzema ile forma geymək uğrunda mübarizə aparacam".ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























