İbrahimoviç yenə hər kəsi təəccübləndirdi - VİDEO

İsveç-Avstriya futbol millilərinin matçında "PSJ"nin ulduz futbolçusu Zlatan İbrahimovuçin qəribə hərəkətləri hələ də müzakirə olunur.
ANN.Az-ın verdiyi xəbərə görə, hər zaman qeyri-adi jestləri, maraq doğuran açıqlamaları ilə gündəmə gələn futbolçu yenə də diqqət mərkəzindədir. İki ölkə yığmalarının qarşılaşması zamanı ona toxunan rəqib futbolçuya verdiyi reaksiya operatorların diqqətindən yayınmayıb. Həmin gülməli anları oxucularımıza təqdim edirik.
Qeyd edək ki, qarşılaşma zamanı İbrahimoviç "Bavariya"nın da şərəfini qoruyan avstriyalı futbolçu David Alabaya dirsəyiylə vurmuşdu. Bir çoxları isveçlinin bilərəkdən kobudluq etdiyini, buna görə də cəzalandılmalı olduğunu deyirdilər. Jurnalistlərin bu barədə sualına İbrahimoviç belə cavab vermişdi: "Mən neyləyə bilərəm ki, Alabanın 1.50-1.60 santimetr boyu var. Boyu balacadı deyə, toqquşanda dirsəyim onun sifətinə dəydi".
İbrahimovuçun 1.50-1.60 boyu var dediyi məşhur futbolçu Alabanın isə faktiki olaraq boyu 1.80 sm-dən çoxdur. Onun bu çıxışı da çoxlu müzakirələrə, "caps"lara və replikalara səbəb olmuşdu.
ANN.Az
İbrahimoviç'e Dokunma! onedioOxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























