• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Avropa Çempionatı start götürdü

Bakıda Avropa Çempionatı start götürdü
11.09.2014 12:00
10 sentyabr tarixdən  başlayaraq Azərbaycanın paytaxtı Bakı şəhəində Xəzər dənizinin sahilində qadınlar və kişilər arasında CEV Baku Masters yarışı start götürdü. ANN.Az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, “Həyat Çimərlik və Voleybol Mərkəzi”ndə ilk olaraq yarışı Qualification mərhələnin iştirakçıları olan Almaniyalı “Bieneck- Grosner”, Yunanıstanlı “Manavi-Parisaki” və digər meydançada Avstriyalı “Schwaiger S-Chukwuma L”, Çexiyalı “Bonnerova – Hermannova” qadın  cütlükləri açdılar.  Ilk hissə maraqlı və bərabər mübarizəylə sona çatdı. Setin əvvəllərində Almaniyalı cütlük ağıllı hücumları ilə rəqibindən üstün olmağı bacarırdı. Yunanıstan təmsilçiləi isə hissənin əvvəllərində topu oyuna daxil edərkən bir neçə dəfə səhvə yol verirdi. Buna baxmayaraq ilk hissədə Yunanlar 23-21 hesabı ilə qalib gəldilər. Daha sonra isə Almniyalı “Bieneck- Grosner” cütlüyü 21-14 hesabı ilə qalib gələrək hesabı bərabələşdirdi və görüşün taleyini taybrekdə öz xeyirlərinə 15-06 hesabı ilə sona çatdıra bildi. Ümumi hesabda 2-1 (21-23, 21-14, 15-06) Almaniya qalib gəldi .Digər meydançada keçirilən Avstriya və Çexiya cütlüklərinin görüşündə də eyni olaraq 2-1 hesabı qeydə alındı. Amma kənardan bu cütlüklərin hər ikisi eyni gücə malik olduqları görünürdü. Buna baxmayaq müdafiədə daha yaxşı oyun göstərən Çexiyalı cütlük “Bonnerova – Hermannova” ilk hissədə ki, məğlubiyyətdən sonra ardıcıl olaraq iki hissəni qalib gələ bildi. 2-1 (20-22, 29-27, 15-10).Günün sonuncu oyunları Rusiyalı “Dabizha-Abalakina”, Hollandiyalı “Braakman –Van der Vist” və ikinci meydançada Finlandiyalı “Lehtonen – Lahti”, Ukrayınalı “Sulima – Udovenko” cütlükləri arasında oldu.  Əsas meydançada keçən Hollandiya –Rusiya görüşündə hollandiyalı cütlük “Braakman –Van der Vist” rəqibinə heç bir şans vermədən 2-0 (21-15, 21-19) hesabı ilə qalib gəldilər.Hollandiyalı cütlük “Braakman –Van der Vist”görüşdən sonra mediyaya öz fikirlərini bildirdilər: “Bakıda yarış çox yüksək səviyyədə təşkil olunub. Bakı gözəl şəhərdir. Bu gün ilk görüşdən qalib ayrıldıq. Həqiqətən yarış boyu qalibiyyət üçün  əlimizdən gələni edirdik. Isdiyədik ki, yarışın qalibi biz olaq amna qarşıda bizi güclü rəqiblər gözləyir, biz yenə də qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Bu yarışda Almaniya, Sloveniya bizim fikrimizcə güclü rəqiblərdir. Onu da qeyd edək ki, hava şəraitinin də oyuna böyük təsiri olur.”Ikinci koməkçi meydançada Finlandiya və Ukrayna cütlükləri qarşılaşdılar. Burda da 2-0 hesab qeydə alındı. Finlandiyalı “Lehtonen – Lahti” cütlüyü 2-0 (21-12, 21-15) hesabı ilə qalib gələrək Ukraynalı cütlüyünü yarışdan uzaqlaşdırdılar. Görüşdən sonra Lehtonen oyun haqqında fikirlərini mediayla bölüşdü. O qeyd etdi ki, mən sevinirəm ki, ilk görüşü qalib başa vurduq. Düzdür külək bizə topun qəbulunda çətinlik yaratdı amma buna baxmayaraq qalib gəldik. Mən düşünürəm ki, güclü , maraqlı  oyunlar hələ qabaqdadır. Qeyd edək ki, bir neçə il əvvəl Lehtonen Bakınin İqtisadçı klubunda klassik voleybolda mübarizə aparıb. O çıxışında da Bakının ona doğma şəhər olduğunu qeyd etdi.Günün nəticələrinə görə Yunanıstanlı, Avstiryalı, Rusiyalı və  Ukrayınalı cüütlüklər  CEV Baku Masters lə vidalaşdılar.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol